"Google"dan sonra Zukerberq də "Apple"ı hədəf alıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Meta" şirkətinin rəhbəri Mark Zukerberq "WhatsApp"ı "Message" ilə müqayisə edərək bildirib ki, "Apple"ın özəl messenceri kifayət qədər təhlükəsiz deyil.
O, bildirib ki, yoxa çıxan mesajlar üçün "end-to-end" şifrələmənin tətbiqi vacibdir. Eyni zamanda "WhatsApp"ın qeyd olunan bütün üstünlükləri "Apple"ın "Message"də yoxdur.
Bundan əvvəl "Telegram"ın yaradıcısı Pavel Durov isə "WhatsApp"ı tənqid edib. Milyarderin sözlərinə görə, “WhatsApp” təhlükəsizlik sistemində hakerlərə messencer istifadəçilərinin bütün məlumatlarına çıxış əldə etməyə imkan verir. O, “WhatsApp” sildiyini etiraf edib və hamını ondan nümunə götürməyə çağırıb.