COVID-19 ilə hamımız bütün dünyada şirkətlərin iş sistemlərində bir çox dəyişikliklərin şahidi olduq. Bəzi şirkətlər daimi olaraq uzaqdan işləmə sisteminə keçsələr də, digərləri mövcud sistemlərini saxlamağa davam ediblər. Bu inkişaflar insanların şirkətlərin iş sisteminə dair düşüncələrinin dəyişməsinə səbəb olub.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir.
Bir çox işçi pandemiya dövründə şirkətlərin tətbiq etdiyi iş sistemindən şikayətlənsə də, digər bir çoxluq şirkətlərin anlayışlı münasibəti sayəsində bu çətin dövrü daha rahat keçirib. Amerikanın məşhur biznes jurnalı “Forbes”, “Dünyanın Ən Yaxşı İşəgötürənləri” siyahısını dərc edib.
57 ölkədən 150.000 tam və yarımştat işçi arasında sorğu keçirilib. Siyahıya ümumilikdə beynəlxalq miqyasda çıxan 800 şirkət daxildir. Sorğu nəticəsində hansı şirkətlərin korporativ təsir, imic, istedadların inkişafı, gender bərabərliyi və sosial məsuliyyətdə ən yaxşı olduğu müəyyən edilib. Siyahıdakı ilk 10 şirkətə daha yaxından nəzər salaq.
1) Samsung Group / Cənubi Koreya
İşçilərin sayı: 266 min 673
2) Microsoft / ABŞ
İşçilərin sayı: 221 min
3) IBM / ABŞ
İşçilərin sayı: 3 min 900
4) Alphabet / ABŞ
İşçilərin sayı: 156 min 500
5) Apple / ABŞ
İşçilərin sayı: 154 min
6) Delta Air Lines / ABŞ
İşçilərin sayı: 80 min
7) Costco Wholesale/ ABŞ
İşçilərin sayı: 288 min
8) Adobe / ABŞ
İşçilərin sayı: 25 min 988
9) Southwest Airlines / ABŞ
İşçilərin sayı: 55 min 93
10) Dell Technologies / ABŞ
İşçilərin sayı: 133 min
“Forbes”in açıqladığı “Dünyanın ən yaxşı işə götürənləri” siyahısında iki türk şirkəti də yer alıb. Siyahıda Türkiyə şirkətləri Koç Holding (161) və Sabancı Holdinqdir (574).