“TechBrands”, “The Hammers Awards” və “MarTech Awards”da mükafatlar qazanan brend və agentliklərin “Hall of Fame” siyahısı yenilənib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Türkiyənin marketinq qruplarının uğurunu ölçən ilk mükafatlandırma mərasimi olan “ The Hammers Awards”da mükafat qazanan marka və agentliklərin yer aldığı “Hall of Fame”yenilənib. Cəmi 6 mükafatla siyahıda bu ilin ən çox mükafat alan markaları - “Vestel”, “Teknosa”, “Otokoç Atomatik “və “Dimes” yer alıb. Əvvəlki ildə olduğu kimi “Vestel” bütün zamanların ən çox mükafatlandırılan markası olub. Ardıcıl olaraq isə “Dimes” və “İş Bankı” şirkətləri gəlib.