Facemark.az Marketinq və Metaverse haqqında araşdırma yazını təqdim edir!


Son dönəmlərdə bəlkə də ən cox eşitdiyimiz kəlimələrdən biri Metaversedir. Metaverse, ənənəvi şəxsi kompüterlərdən başqa virtual və artırılmış gerçəklik cihazları vasitəsilə qalıcı onlayn 3 ölçülü virtual mühiti dəstəkləyən, internetin hipotetik bir tekrarlanması olaraq təsvir edilir. Daha da geniş bir təsvir ilə Metaverse istifadəçilərin virtual profillərlə təmsil edildiyi bir virtual sahəyə daxildir. Bu virtual dünyalar, istifadəçi kanallarına və sahə içindəki qarşılıqlı təsirlərə əsasən inkişaf etməyə və böyüməyə davamlı olaraq davam edir.


Bu kainat yeni sahələrin və istifadəçilərin qatılması ilə davamlı böyüyə bilir. Meta (köhnə adı Facebook)un qurucusu Mark Zukerberq Metaverseni “sadəcə baxmaqla qalmayıb təcrübənin içində olduğunuz konkretləşdirilmiş bir internet” olaraq müəyyənləşdirir. Hər nə qədər bu kəlimə həyatımıza yeni girmiş olsa da, əslində çox yeni deyil. Anlayışı ilk dəfə Neal Stephenson 1992-ci ildə nəşr etdiyi elmi fantastika romanı "Snow Crash"da istifadə edərək, Metaverse anlayışında uydurma bir dünyanı xarakterizə etmişdir. Romanda real insanların avatarlarının mövcud olduğu 3 ölçülü virtual bir dünyaya Metaverse adı verilirdi. Əslində Metaverse anlayışı, ortaya qoyulduğu ilk dövrlərdə çox şişirtməli və spekulyativ bir gələcək perspektivi olmaqla tənqid edilmişdi. Metaverse anlayışının bu qədər məşhur olması və əslində həyatımızda bu qədər tez daxil olmasının səbəbi virtual və gerçək kainatlar arasında bir fərqin olmamağı, istifadəçilərin gerçək həyatda yer alarkən eyni anda avatarı virtual kainat içərisində yer tutma şansına sahib olmalarıdır.



Bir istifadəçi istədiyi anda dünyanın hər hansı yerindəki konsertə gedə bilər, istədiyi insanlarla sosiallaşa bilər. Virtual kainat virtual varlıqlarında istənildiyi kimi istifadə olunmasına imkan verir və təbii ki, bu da bir çox fərqli marketinq fürsətini həm fərdi, həm də şirkətlər üçün imkanlı vəziyyətə gətirir. Məsələn, dünyanın ən böyük oyunlarından biri olan "Roblox" içərisində bir çox dünya markasını fərqli gənc nəsilə çatmaq üçün virtual mağazalar açmaga başladı. Hər nə qədər Metaverse investisiyaları tez davam etsə də unudulmaması lazım olan məsələlərdən biri isə texnologiyadır. Hələki Metaversenin real potensialına çatmaq üçün lazımi texnologiya və hesablama gücünə sahib deyilik və bu gücə sahib olmağımız təxminən 20 il çəkəcək. Üstəlik Metaversenin təməlini yaradan virtual gerçəklik və artırılmış gerçəklik texnologiyalarının, daha çox insanın diqqətini çəkəcək qiymətdə olmağı üçün daha çox yol almaq lazımdır. Yaxşı, gələk əsl suala “biz marketoloqlar olaraq Metaversenin içərisində necə yer almalıyıq?”. İlk olaraq bəhs etdiyimiz kimi hələ Metaverse inkişaf mərhələsindədir. Lakin həm VR (Virtual Relity, Virtual gerçəklik), həm də AR (Augmented reality, Artırılmış gerçəklik) uzun vaxtdır həyatımızdadır. Bu texnologiyalar mövzusunda dərinləşmək, bu texnologiyalara daxil olan məzmunlar və marketinq strategiyaları istehsal etməyə başlamaq üçün ən düzgün vaxt indidir. Üstəlik, Metaverse çox yeni olsa da davam edən marağın səbəbi ilə hədəf kütlələrinə çatmaq üçün rəqəmsal marketinq və şərti marketinq investisiyalarını ən qısa müddətdə inkişaf etdirmək lazımdır. Metaverse internetin gələcəkdə ki vəziyyətidir və bu yeni vəziyyət bütün marketinq dünyasını yenidən formalaşdıracaq.