Avro/dollar sentyabrın 20-dən bəri ilk dəfə 1 səviyyəsindən yuxarı qalxıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Avro dollar qarşısında bahalaşaraq 5 həftə ərzində ilk dəfə 1 səviyyəsini keçib.


Avropa Mərkəzi Bankının sabahkı faiz qərarından əvvəl ortaq valyuta avro dollar qarşısında 20 sentyabrdan bəri ilk dəfə 1 səviyyəsinin üzərinə qalxıb.


Avro/dollar 0,6 faiz artaraq 1,0031 səviyyəsinə yüksəlib.