“Facebook” administrasiyası adi istifadəçilər üçün “Questions” funksiyasını deaktiv edəcəyini bəyan edib. Qeyd edək ki, bu funksiya ilk dəfə 2010-cu ildə istifadəyə verilmişdi və hələlik sosial şəbəkə istifadəçilərinə öz divarlarında hər hansı suallar dərc edərək dostları arasında mini-sorğular keçirməyə imkan yaradır.
Funksiya kifayət qədər populyarlıq əldə etmədiyinə görə istehsalçılar sosial şəbəkənin digər elementlərinin inkişafı ilə məşğul olmağa qərar veriblər. Bununla belə “Facebook”da qrup və ictimai səhifə administratorları sorğuları keçirmək imkanını saxlayacaqlar, çünki bu funksiya hər hansı məsələ ilə bağlı ictimai rəyi öyrənməyə imkan verir.