"Umuro Game", "Keiretsu Forum Türkiyə" investorlarından sərmayə alıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Umuro Game" 20 milyondan çox istifadəçisi olan bir platformadır. Şirkət, aldıqları sərmayə ilə "NFT" və "blockchain" əsaslı oyun layihələrini həyata keçirməyə hazırlaşacağını açıqlayıb.


"Umuro Game" tərəfindən hazırlanmış oyunların dünya üzrə 20 milyondan çox istifadəçisi var. Səmərəlilik və doğru zamanda doğru yerdə olmaq kimi keyfiyyətləri ilə seçilən "Umuro Game", "Keiretsu Forum Türkiyə" investorlarından aldığı sərmayə ilə hədəflərini genişləndirərək, möhkəm addımlarla yoluna davam etməyi planlaşdırır.


"Umuro Game"in Qurucusu Umur Burak, "Umuro Game"in kommersiya olmaqla yanaşı, həvəslə iş görməyə əsaslanan bir quruluş olduğunu vurğulayır. “Bu təşəbbüsün təməli çox gənc yaşda başlayan video oyunları oynamaq və inkişaf etdirmək istəyindən yaranıb, mən ilk oyunumu 10 yaşımda "PSP" platformasında, "Umuro Game" qurulmazdan əvvəl hazırladım. Hazırda 20 milyondan çox istifadəçimiz var və biz sürətlə böyüməyə davam edirik. "Keiretsu Forum Türkiyə"yə investisiya prosesində göstərdiyi dəstəyə və yardıma görə təşəkkür edirik”. sözlərini verib.