"Bren" enerji, texniki xidmət və vaxta qənaət edən texnologiyaların inkişafında rol oynayan təşəbbüsdür.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Bren", "Alesta Teknoloji Yatırım A.Ş."nin rəhbərliyi altında 12 milyon dollar dəyərində körpü investisiya turunu uğurla başa vurub.
"Bren"in körpü investisiya turuna dəstək verən mələk investorların Almaniya və Dubaydan qatıldığı məlumdur. "Bren Advanced Technology" şirkətinin baş direktoru Çınar Laloğlu sərmayənin bazardakı tələbata cavab verəcək komanda və istehsal gücünü artırmaq üçün istifadə ediləcəyini açıqlayıb.