İnstaqramda başlayan giriş problemi sonradan bir çox platformada təəccüblü şəkildə özünü göstərib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bir çox istifadəçi sosial şəbəkədə İnstaqram hesablarına daxil olmaqda problem yaşadıqlarını açıqlayıb. Giriş problemi ilə başlayan problemlər saatlar keçdikcə bütün internetdə görünməyə başlayıb. Hadisələrdən sonra bir çox istifadəçi müxtəlif sosial media platformaları vasitəsilə şikayətlərini açıqlayıb.
İstifadəçilərə müxtəlif veb-saytların və xidmətlərin statusu haqqında real vaxt məlumatı təqdim edən "DownDetector" platformasında 4000-dən çox məsələ qeydə alınıb.
İnternet miqyasında yaranan problem İnstaqramdan başlasa da, tezliklə bir çox platformada öz təsirini göstərib. "Amazon Web Services"də yaşanan problemlər "Google", "Microsoft" xidmətləri, "Facebook" və "Blizzard Entertainment" kimi bir çox xidmətlərə də təsir edib.