İqlim dəyişikliyi səbəbindən 2050-ci ilə qədər dünyada bəzi buzlaqların yox olacağı bildirilir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir.


Birləşmiş Millətlər Təşkilatının Elm və Mədəniyyət Təşkilatı (UNESCO) "Dünya İrsi Buzlaqları" adlı hesabat dərc edib.
Peyk məlumatları araşdırılaraq hazırlanan hesabatda iqlim dəyişikliyinin başlanğıcı kimi qəbul edilən buzlaqların əriməsi müzakirə edilib.


Hesabatda YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan 50 ərazidə 18 min 600 buzlaqın olduğu və onların üçdə birinin 30 il ərzində qaçılmaz olaraq yox olacağı bildirilib.