Dünyanın aparıcı kriptovalyutası - bitkoin 18 min ABŞ dollarına kimi ucuzlaşıb.
Facemark.az “Report”a istinadən xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,34 % ucuzlaşaraq 18,359 min ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 354 milyard ABŞ dolları kimi azalıb.
Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 12,78 % azalaraq 1,3 min ABŞ dolları olub. İlk onluqda qərarlaşan altkoinlərdən ən çox dəyər itirən “Polygon”dur.
Kriptovalyuta bazarının toplam dəyəri 907 milyard ABŞ dollarına düşüb.