“Unilegal Consulting” Azərbaycanda hüquq sahəsində peşəkarlığı və yüksək səviyyəli xidməti ilə seçilən şirkətlərdən biridir.
Şirkət 2015-ci ildə fəaliyyətə başlayıb və ilk gündən məsləhət xidmətləri göstərir. Mərkəz qısa zaman kəsiyində böyük nəticələr əldə edərək, inam, etibar qazanıb və bununla da müştəri bazasını genişləndirib. Yerli və xarici hüquqi şəxslərə kadr işinin təşkili və audit olunması, mühasibat işinin təşkili, maliyyə nəzarəti, miqrasiya, korporativ hüquq, qanunla tələb olunan bütün fəaliyyət növləri üzrə lisenziyaların və əmtəə nişanlarının alınması kimi xidmətlər şirkətimizin prioriteti hesab olunur. Şirkətin devizi isə - yüksək peşəkarlıq ve etibardır.
Biznes məsləhətləri və müqavilələri, korporativ hüquq, miqrasiya hüququ, tikinti hüququ, əmtəə nişanların alınması, lisenziyaların alınması, vergi, mühasibatlıq və maliyyə xidmətləri üzrə fəaliyyət göstərir.