Facemark.az Rəşad Məhərrəmovun Uğursuzluq sindromunuz var? haqqında yazısını təqdim edir!

Qarşınıza kifayət qədər aqressiv və əldə olunabilmə mümkünlüyü bütün şərtlər çoxluğunda real olan hədəflər qoymusunuz, lakin onları əldə etməkdə özünüzə olan inam yetərli deyil? Elə isə bu yazı sizin üçündür!

1. Karyerada “riyazi məntiq” axtarmayın.

Günümüzün dünyası imitasiya və manipulyasiyalar çoxluğunda o qədər çirklənib və o qədər qeyri təbii olub ki,;


  • Gənclər “ROLE MODEL” seçməkdə çətinik çəkir və bəziləri doğru yolu tapanadək çox “yanlış" adamların yolunu təqlid edirlər.
  • Bəzən peşəkarlar karyera planlayır və məqsədə bir addım qalmış müşühaidə edirlər ki, “X” şəxs onların hədəflədiyi rolu zəbt etdi. Və ya “Z” şəxs mütləq uyğun olmadığı bir rola təyin edildi.

Hər iki halda ruhdan düşmələr müşahidə edilir. Hər iksinin ümumi olaraq bir səbəbi var “şəxsi brendinq yanılmaları” və ya "nüfuz"


2. Status peşəkarlıq və ya səriştəlik deyil, yalnız səlahiyyətdir.

İllər əvvəl, hələ tələbə vaxtlarında bir dostum bildirmişdi; “İş həyatına başlayanda müxtəlif səlahiyyətlər və müxtəlif vəzifələrdə çox adam görəcəksən. Heç vaxt unutma bahalı geyimlər, əmin kommunikasiya və yüsksək səlahiyyət sahibi olmaq şəxsin daha kompetent və ya peşəkar olması demək deyil”. Bu sözləri hər zaman yadımda saxladım. İş həyatı boyu hər zaman dostlarıma, mənimlə eyni məsuliyyəti paylaşan komanda yoldaşlarıma rəhbərin hansı səlahiyyət sahibi və ya vəzifə sahibi olmasından asılı olmayaraq fikirlərini, təkliflərini bildirməkdən, özlərini ifadə etməkdən çəkinməmələrini tövsiyyə etmişəm. Bu sizin üçün də, həmin rəhbərlər üçün də və bütün təşkilat üçün də faydalıdır. Hər bir şəxsin dəstəyə ehtiyacı var. Ancaq siz “çiynizizi yükün altına qoymaqdan”, “əlinizi daşın altına qoymaqdan” çəkinməyin.

3. Bambuk kimi olun !

Bəzən ətrafınıza baxır və düşünürsünüzsə ki; “çoxlu dost tanışlarınız tanınmış təşkilatlarda işə başladı, gözəl universistetlərdə təhsil almağa başladı, çox yaxşı vəzifələrə təyin olundu, çox uğurlu biznes sahibi oldu və mən isə yerimdə sayıram”? Deməli atacağınız ilk addım onlara bol şans arzulamaq və onların uğurunu müşahidə etməkdir.


  • Tanınmış təşkilatda işə başlayan tanışınızı həqiqətənmi oradakı atmosfer məmnun edir?
  • Universitetə qəbul imkanı qazanmış tanışınız seçimindən həqiqətənmi razıdır?
  • Vəzifəyə təyin edilmiş tanışınız yeni rolunda həqiqətənmi xoşbəxtdir?
  • Uğurlu biznes sahibi kimi görsənən tanışınız biznesini həqiqətən uğurlu hesab edirmi

Müşahidə edin və nəticə çıxarın daha yaxşısını etmək üçün nələri etməli və nələri etməməlisiniz. Daha yaxşı seçim və ya addım üçün artıq sizin əlinizdə bir “model” var. Bu halda mentorluq istəyənlərin ən çox problem olaraq gördüyü zaman problemi ilə bağlı isə “bambuk ağacını” misal gətirə bilərəm. "Bəzən dayanmaq, güc toplamaq, təhlil etmək, müşahidə etmək, "güclü kök salmaq" daha sürətli böyümə üçün hərəkət etməkdən daha faydalıdır" bildirib.