"Qatar Energy" ilə "Sinopec" şirkətləri arasında 27 illik mayeləşdirilmiş təbii qaz müqaviləsinin imzalandığı açıqlanıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, razılaşmaya əsasən, "Qatar Energy"nin Sinopec"ə 27 il ərzində hər il 4 milyon ton "LNG" təmin edəcəyi açıqlanıb. Mütəxəssislər bu müqavilənin "LNG" sənayesində ən uzunmüddətli müqavilələrdən biri olduğunu qeyd edirlər.


Dünyanın ən çox "LNG" ixrac edən ölkələri arasında olan Qətər, 2009-cu ildən Çinə "LNG" tədarük edir.