“ComScore” tədqiqat şirkətinin məlumatına əsasən, 2012-ci ilin oktyabrında “Google” şirkətinin “Gmail” poçt xidməti ilk dəfə olaraq populyarlığa görə “Microsoft”un “Hotmail” xidmətini üstələyib.
Analitiklərin qiymətləndirməsinə əsasən, 2012-ci ilin oktyabrında “Gmail” poçt xidmətinə 287,9 milyon unikal istifadəçi daxil olub. “Hotmail” xidmətində isə bu göstərici 286,2 milyon istifadəçiyə bərabərdir.“Yahoo! Mail” poçt xidməti (281.7 milyon) populyarlığa görə üçüncü yerdə qərarlaşıb.