Facemark.az xarici mənbəyə istinadən yaşıl marketinq haqqında araşdırma yazını təqdim edir!


Artan ekoloji problemlər hamımızı narahat edir və bu nöqtədə planetimizə qarşı daha həssas olmalıyıq. Bu gün bir çox şirkətlər istehlakçıları cəlb edəcək və buna görə də onların satın alma qərarlarına təsir edəcək ətraf mühitin qorunmasına yönəlmiş marketinq strategiyalarına müraciət edirlər. Bu marketinq strategiyalarından biri yaşıl marketinqdir. Beləliklə, yaşıl marketinq nədir? Niyə vacibdir?


Planetimiz hava və suyun çirklənməsi, qida tullantıları, plastik çirklənmə kimi bir çox təhlükələrlə üz-üzədir. Bu səbəbdən bir çox şirkət məhsullarını daha ekoloji cəhətdən təmiz şəkildə istehsal etməyi hədəfləyir. Həmçinin istehlakçılar arasında ekoloji maarifləndirmə səviyyəsi artır və insanlar qiymətlərin baha olmasına baxmayaraq ekoloji təmiz məhsullar almağa üstünlük verirlər.


Yaşıl marketinqi olan şirkətlər; planetimizi daha yaxşı etmək, ətraf mühiti qorumaq və bu barədə şüurlu insanlara dəstək olmaq üçün əla imkana malikdir. Bu gün bir çox şirkət davamlı məhsullar yaratmaqla tullantıların təbiətimizə mənfi təsirini azaltmaq istəyir. Yaşıl marketinqin şirkətlərə faydalarını aşağıdakı kimi sadalaya bilərik:


1. İstehsalın ətraf mühitə mənfi təsirini azaltmaq
2. Enerjiyə qənaət, təbii ehtiyatlardan istifadənin və karbon izlərinin azaldılması
3. Təkrar emal olunan məhsullar istehsal etmək
4. Etibarlılığı artırmaq üçün
5. Getdikcə artan rəqabət mühitində fərqlənmək
6. Yeni auditoriya seqmentinə daxil olmaq
7. Uzunmüddətli artımı təmin etmək


Yaşıl marketinq adətən davamlı inkişafa və korporativ sosial məsuliyyətə sadiq olan şirkətlər tərəfindən tətbiq edilir. Bu şirkətlər; qablaşdırma, nəqliyyat, enerji və su istifadəsi kimi bir çox sahədə xərcləri azaldaraq məhsullarını istehlakçılar üçün daha cəlbedici edə biləcəklərinin fərqindədir.