Facemark.az Metro-Goldwyn-Mayer loqosu haqqında araşdırma yazını təqdim edir!


Metro Goldwyn Mayer 17 aprel 1924-cü ildə təsis edilmiş və əsasən film, televiziya proqramlarının istehsalı və yayımı ilə məşğul olan media şirkətidir. Səssiz film dövrünün sonundan İkinci Dünya Müharibəsinə qədər Hollivudun ən uğurlu şirkətlərindən biri idi. Şirkətin ən diqqət çəkən cəhətlərindən biri onun loqosudur. İndiyədək 7 müxtəlif şirdən istifadə olunub. Leo hər biri ayrı-ayrılıqda adlandırılan (Slats, Telly, Coffee, Jackie, Tanner, George) şirlərin sonuncusu idi. Leo 1957-ci ildən bəri gördüyümüz bütün MGM loqotiplərində olub. Çəkilişlərdə bütün zamanların ən böyük kinorejissorlarından biri hesab edilən Alfred Hitchcock da iştirak edib.



Fotoşəkilləri çəkilən ilk aslan Dublin zooparkında doğulan Slats olub. Slats ekranda kükrəməyib, çünki o zaman səssiz kino dövrü idi. 1915-ci ildə anadan olan Jackie ikinci MGM aslanı və kükrəməsi ilə kinoteatrları silkələyən ilk aslan idi.


Jackiedən sonra Telly və Coffee bu rola davam etdilər. Lakin bu aslanların karyerası qısamüddətli oldu. 1934-cü ildə MGM Technicolor rəngli filmlər çəkməyə başladı. Tanner MGM aslanları arasında ən qəzəbli, aqressiv olanı idi. “Gone with the Wind” filmində bu aslanı görmək mümkündür. MGM maskotlarının ən gənci olan Leo yalnız loqoda deyil, həm də bir çox “Tarzan” filmlərində və digər filmlərdə tamaşaçıların qarşısına çıxıb. Şirkət 1960-cı illərdə qrafik loqotipdən istifadə etməyə başladı.


MGM 2021-ci ildə Aslan Leo-nu yeniləyərək animasiyalı hala gətirdi. Bu, son 60 ildə ilk böyük yenilik idi.


Metro-Goldwyn-Mayer media şirkətinin rəhbərlik etdiyi "MGM Cartoon Department" şirkəti animasiya filmləri istehsal edir.