Facebook reklamçılara mobil qurğuların seçimini və istifadəçilərə onların reklamı göstərəcək əməliyyat sistemlərinin istifadəsi üçün imkan yaradır. Bu olduqca faydalı bir imkandır.



Tez-tez insanların istifadə etdikləri bu və ya digər mobil qurğular alıcı vərdişlərindən məlumat verə bilərlər. Bundan başqa, belə bir imkan reklamçılara reklamlara artıq pul xərcləməməyə imkan yaradacaq (məsələn, iOS üçün olan əlavələr (proqramlar) Android istifadəçilərinə və əksinə).



Qurğuları və əməliyyat sistemlərini müəyyən etmək imkanı Facebook-a təxminən iki həftə əvvəl verilmişdi. Bu funksiyanın əsas təyinatı reklamçılar tərəfindən yalnız bu qurğulardan istifadə edən istifadəçilərə öz əlavələrini (proqramlarını) təklif etməyə imkan yaratmaq məqsədilə hazırlanmışdır.



Qurğuların və əməliyyat sistemlərinin seçim funksiyası yalnız mobil əlavələrin (proqramların) istehsalçılarına faydalı deyil, həmçinin ondan istifadə edə bilən və digər sahələrdən olan reklamçilarada faydalı ola bilər. Bundan başqa, son tədqiqatlara əsasən Android-lə olan qurğuların istifadəsinə nəzər salınsa, iPhone-dan istifadə edən ailələr orta hesabla $16 000 illik gəlirə malikdirlər. Beləliklə, istifadəçi istifadə edilən əməliyyat sistemi haqqında informasiya iş, təhsil, yaş və reklam kampaniyalarının daha effektiv planlaşdırmasını təmin etmək kimi tarqetinq parametrlərinin siyahısını genişləndirə bilər.