"LinkedIn" işgüzar sosial şəbəkəsinin populyarlığı artmağa davam edir. Son rəsmi hesabat məlumatına əsasən, hazırda bu sosial şəbəkədə 187 milyondan artıq insan qeydiyyatdan keçib. Sosial şəbəkənin artım tempini nəzərə alsaq, artıq cari ilin sonunadək onun istifadəçilərinin sayı 200 milyonu ötəcək.
"LinkedIn" sosial şəbəkəsi 2003-cü ildə istifadəyə verilib, lakin son zamanlar daha sürətlə inkişaf edir. Tərtibatçılar yalnız cari ildə bir neçə böyük dəyişiklik ediblər və istifadəçi səhifələrinin dizaynını yeniləyiblər. "LinkedIn" istifadəçilərinin sayı yalnız son 6 ay ərzində 26 milyon artıb.