Facemark.az xarici mənbəyə istinadən Pomodoro texnikası haqqında araşdırma yazını təqdim edir!


Pomodoro sözü italyanca "pomidor" deməkdir. İtalyan universitet tələbəsinin 1980-ci illərin sonlarında pomidor formalı taymerlə oxuyarkən kəşf etdiyi texnikadır.


Pomodoro Texnikası 25 dəqiqəlik iş + 5 dəqiqəlik fasilədən ibarət seanslarla işləmə üsuluna verilən addır. Bu texnikada hər 4 seansdan sonra (2 saatdan sonra) 15-20 dəqiqəlik bir uzun fasilə verilir və 25 dəqiqəlik iş + 5 dəqiqəlik fasilə olaraq davam edir.


Motivasiyanızı yüksək saxlamaqla çətin və ya arzuolunmaz bir işi görərkən işləməyə davam etməyə imkan verir.
Bu, vaxtınızı idarə etməyi asanlaşdırır. Layihələrinizi planlaşdırmağa və başa çatdırmağa kömək edir.
Bu sizi işi təxirə salmağınıza mane olur. Pomodoro Texnikası ilə işlədiyiniz zaman, tez-tez və kiçik fasilələrlə işlədiyiniz üçün bu, süründürməçilik vərdişinizi aradan qaldırmağa kömək edir.