Facemark.az şüuraltı haqqında araşdırma yazını təqdim edir!
Şüuraltı zehnimiz həyatımızı istiqamətləndirən bir mexanizmdir. Hiss etdiyimiz bütün duyğularda, ani əhval-ruhiyyəmizdə və verdiyimiz qərarlarda bilinçaltımız böyük əhəmiyyət kəsb edir. Şüuraltımız keçmişdən əldə etdiyi bütün bilikləri saxlayır. Bir çox faktorlar sayəsində şüuraltı zehnimiz araya girib həm bizə yol göstərə, həm də xəbərdar edə bilir, ən əsası şüuraltı zehnimiz bizə xarici təsirlərə qarşı xəbərdarlıqlar edib, verdiyimiz qərarlarda təsirli olur.
Subliminal mesajlar bir çox sektorlarda olduğu kimi reklamlarda da istifadə olunur. Subliminal mesajı da belə izah etmək olar; Bu, başqa bir məhsulun içinə yerləşdirilmiş gizli mesajdır və normal insanların ilk başda anlaya bilmədiyi, yəni insan qavrayışının hüdudlarından aşağı olan və o an fərqinə varmadığı, şüuraltımızda yerləşdiyi mesajlardır.
Subliminal mesajlar ilk dəfə şirkətlər tərəfindən fərq edilmədən başladı. Böyük şirkətlər ilk dəfə istifadə edib məhsulunu gündəmə gətirəndə və uğur qazananda bütün böyük və ya kiçik sektorlarda istifadə olunmağa başladı.
Subliminal reklamlar gizlədilmiş və həmin hədəf auditoriyaya uyğun dizayn edilmiş reklamlardır. Bu reklamlar birbaşa, yəni göz və ya qulaq vasitəsilə qəbul edilməsə də, beyin tərəfindən qəbul edilir və şüuraltımıza emal olunur. Müasir dünyada bu reklamlar rəqəmsallaşdığından və sosial medianın təsiri günü-gündən artdığından son zamanlar sosial mediada belə reklamlara tez-tez rast gəlinir. Bu reklamların məqsədi odur ki, onlar bizim şüuraltımızda işlənərək qərar qəbul etməkdə mühüm amilə çevrilsinlər.
Bu cür reklamların məqsədi marketinqdə adi gözlə görünməyən incə effektlərdən istifadə edərək insanları məhsulu almağa təşviq etməkdir. Subliminal reklamlar eyni anda 5 duyğu orqanına müraciət edərək insanların daxilində gizlənən hərəkəti aktivləşdirə bilir. Onu bütün dairələrdə tapa bilərsiniz. Məsələn, siyasi fəaliyyətindən, millətçiliyindən xəbəri olmayan adam yaxşı danışandan təsirlənib bu xüsusiyyətini dərk edə bilər. Bu vəziyyətdən istifadə edərkən istifadə etdikləri səslərin və videoların əhəmiyyəti və insanlarda buraxdıqları təsir böyükdür.