Facemark.az xarici mənbəyə istinadən araşdırma yazını təqdim edir!


Content Marketing Institute (CMI) və Ion Interactive tərəfindən 341 məzmun marketinq mütəxəssisinin iştirakı ilə aparılan son araşdırma interaktiv məzmunda brendlərin uğuru və etibarlılığı ilə bağlı təəccüblü nəticələr ortaya çıxarıb. Araşdırmaya görə,


Respondentlərin üçdə ikisi (66%) interaktiv məzmun taktikalarından istifadə etməyə başladıqları üçün istifadəçilərin cəlb edilməsinin artdığını deyir.
5 kontent marketoloqdan 4-ü (79%) deyir ki, ənənəvi məzmun marketinqi taktikalarının interaktiv məzmunla birləşdirilməsi mesajı yaddaqalan edir.
Respondentlərin üçdə ikisi (67%) interaktiv məzmunun passiv məzmunu islahat etməyin yeni yollarını təmin etdiyi ilə razılaşır.


İnteraktiv məzmun tam olaraq nədir və ondan necə istifadə olunur?


Əsasən, interaktiv məzmun oxucuya və ya tamaşaçıya oxumaq və izləməkdən əlavə iştirak etməyə imkan verən məzmun növüdür. Ən çox istifadə olunan interaktiv məzmunlardan bəzilərini icmallar, müsabiqələr, mini-viktorinalar və infoqrafika kimi sadalaya bilərik. Bu siyahıya e-kitabları, videoçarxları və oyunları da daxil edə bilərik.