Sosial media platformalarının iş prosesini e-ticarətlə birləşdirən "Amazon", mobil tətbiqinə əlavə edəcəyi Inspire adlı xüsusiyyəti ilə yeni alış-veriş təcrübəsi təqdim edəcək.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, eynilə "TikTok" və "Instagram" kimi qısa video və fotoşəkillərdən ibarət olacaq "Inspire", sosial media tətbiqinə bənzər bir axın içində yeni məhsullar kəşf etməyə imkan verəcək. Seçilmiş kateqoriyalar üzrə axını müəyyən edəcək "Amazon", istifadəçilərinə ümumilikdə 20 kateqoriya seçmək imkanı verəcək.


"Amazon" tərəfindən verilən məlumata görə, "Inspire" gələcəkdə ABŞ-da satışa çıxarılacaq.