“Twitter” mikrobloqlar xidməti bir sıra istifadəçilərə məktub göndərib. Məktubda onlardan şifrələrini dəyişmək xahiş edilib.
Istifadəçinin hesabına hansısa kənar sayt və ya xidmət giriş əldə edib. Ona görə də “Twitter” onun şifrəsini sıfırlayıb. Yeni şifrə təyin etmək üçün məktubda göstərilmiş istinada keçmək lazımdır.
Xidmətin nümayəndələri “sındırılmış” hesabların sayı barədə suala cavab verməyiblər. Onlar yalnız qeyd ediblər ki, məktub almış istifadəçilər şifrələri dəyişdirməlidirlər.