"Twitter" aylıq abunə sistemini yenidən açarkən, daha əvvəl elan edildiyi kimi şirkət hesablarına da qızıl işarələr verməyə başlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Twitter"də həftələrlə dayandırıldıqdan sonra platformanın "Blue" adlı aylıq abunə sistemi işə salınıb. Web saytında 8 dollar, "Apple" əməliyyat sistemindəki tətbiqdə isə 11 dollar qiymətlə satılmağa başlayan "Blue", hesab sahibinin şəxsiyyətini göstərən işarələr təqdim edir.
Bundan əlavə, "Blue" abunəçilərə adi istifadəçilərə göstərilən reklamların yarısı qədər göstərilir.