"ABŞ"da istehlak qiymətləri indeksi noyabrda proqnozlardan aşağı reallaşıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, istehlak qiymətləri indeksi aylıq yüzdə 0,1 ilə təxminlərin altında qalıb. İllik artım isə 7,1 faiz təşkil edib. İqtisadçıların orta hesablamaları aylıq 0,3 faiz, illik müqayisədə isə 7,3 faiz təşkil edib.
Bu dövrdə baza inflyasiyası proqnozlardan aşağı olmaqla aylıq 0,2 faiz, illik bazda isə 6 faiz artıb.