"COVID-19" epidemiyasının qarşısını almaq üçün həyata keçirilən tədbirlər Çinin sənaye istehsalında artımın daha da yavaşlamasına səbəb olub.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, sənaye istehsalı noyabr ayında əvvəlki ilin eyni ayına nisbətən cəmi 2,2 faiz artıb. Oktyabr ayında istehsal 5,0 faiz artıb. Pərakəndə satışlar isə noyabr ayında bir əvvəlki ilin eyni dövrünə görə yüzdə 5,9 daralıb. Satışlar əvvəlki ayla müqayisədə yüzdə 0,15 azalıb.


Çində yanvar-noyabr dövründə daşınmaz əmlak investisiyaları əvvəlki ilin eyni dövrünə görə yüzdə 9,8 azalıb.