Beynəlxalq rəng ekspertizası mənbəyi kimi tanınan Dünya rəng institutu 2023-cü ilin rəngini "Viva Magenta" olaraq açıqlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, hər ilin dekabr ayında gələn ilin trend rəngini elan edən Pantone Rəng İnstitutu "Viva Magenta"nı güc siqnalının ifadəsi kimi təyin edib. Pantone həmçinin 2023-cü ilin rəngini cəsarətli, xoşbəxtlikdən zövq alan rəng kimi təsvir edib.
Qeyd edək ki, keçən il Pantone 2022-ci ilin rəngi olaraq "Very Peri"ni seçərək mövcud rənglər arasından bir çalar seçmək əvəzinə, ilk dəfə sıfırdan bir rəng istehsal etməyi seçdi.