Daha əvvəl Safari-də gördüyümüz "Passkey", Chrome-da da özünü göstərməyə başlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, istifadəçilərin parol təyin etmə prosesində diqqətli olmamaları onların fişinq hərəkətlərinin qurbanına çevrilməsinə, eyni zamanda məlumatların pozulmasına səbəb olub. Ehtiyat tədbiri olaraq, Chrome keçmişdə iki addımlı doğrulama və Google Parol Meneceri funksiyalarını təqdim edib. Bununla belə, şirkət "Passkey" ilə istifadəçilərinə daha təhlükəsiz təcrübə təqdim etməyi hədəfləyir. Cihazın kilidini açarkən autentifikasiya etməli olduğunuz kimi, "Passkey" istifadə edərkən də autentifikasiya etməlisiniz.
Passkey üstünlükləri
"Passkey"lər parollar kimi təkrar istifadə edilə bilməz. Əlavə olaraq "Passkey" istifadəçiləri fişinq hücumlarından qoruyur.
Qeyd edək ki, "Passkey"lər Windows 11, macOS və Android üçün əlçatan olacaq.