Saving Spot dünyanın ən zəngin youtuberlərini ölkələr və regionlar üzrə sıralayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir.
Hər ay orta hesabla 2 milyard aktiv istifadəçisi olan məzmun istehsalçılarına ev sahibliyi edən YouTube, pul qazanma baxımından da çox təsirli bir platformadır. Ümumilikdə dünyaya nəzər salsaq, “Cocomelon” adlı kanal 2006-cı ildən bəri 282 milyon dollarla siyahıda birinci yerdədir.
Cənubi Amerikadakı Argentina qərargahından uşaq məzmunu istehsal edən El Reino Infantil, 2011-ci ildə istifadəyə verildiyi vaxtdan bəri 100 milyon dollar qazandı, ümumi baxış sayı isə 50 milyarda yaxınlaşıb.
Avropada ən çox baxılan məzmun növü yenə uşaq məzmunu olsa da, səyahət məzmunu da siyahıya daxildir. 8 yaşlı Anastasiya Radzinskayanın ailəsi tərəfindən idarə olunan "Like Nastya" kanalı Forbes-ə görə dünyada ən sürətlə böyüyən YouTube kanallarından biridir.
Yaxın Şərq və Mərkəzi Asiya regionuna gəldikdə, bir vaxtlar televiziyada uşaq məzmunu təklif edən və gəliri 53 milyon dollardan çox olan Toyor Al Janah kanalı siyahının başındadır.
Avstraliyanın ən zəngin YouTube kanalı kimi tanınan CKN uşaqlar üçün oyuncaq icmalı videoları ilə yarandığı gündən 40 milyon dollara yaxın gəlir əldə edib.