Bu yaxınlarda onuncu ilini tamamlayan Facebook-un bu gün aylıq 1,23 milyard aktiv istifadəçisi var. Onun dünya üzrə 37 ofisi və 6000-dən çox əməkdaşı var.
Facemark.az xarici mənbəyə istinadən araşdırma yazını təqdim edir!
Pew Research tərəfindən aparılan araşdırmaya görə, qadınların 54 faizi Facebook-dan foto və videolar üçün istifadə etdiyini bildirir; Kişi istifadəçilərin yüzdə 42-si böyük auditoriyaya çatmaq üçün sosial mediadan istifadə etdiklərini bildirib. Digərləri; gülməli yazılara baxmaq, xəbərləri izləmək və dəstək almaq üçün orada olduqlarını bildirir.
Sosial medianın ümumi istifadə nisbətləri araşdırıldığında,
Qadınlar Facebook-da yazıların 62%-ni təşkil etdiyi halda, kişilər 54%-lə qadınlara nisbətən LinkedIn-də daha aktivdirlər. Orta hesabla bir kişi Youtube-da həftədə bir saat vaxt sərf etdiyi halda, qadınlar üçün bu nisbət 35 dəqiqədən azdır.Twitterdə yazılan tvitlərin 62%-ni də qadınlar yazır. Pinterest-in istifadəsi ilə vəziyyət çox da fərqli deyil. Qadınların Pinterest istifadəsi ümumi istifadənin 70%-ni təşkil edir.
Nəticədə ümumi orta göstərici nəzərə alındıqda qadınların 71%-i, kişilərin isə 62%-i sosial mediadan istifadə edir.
Hər ay Twitter-ə 40 milyon daha çox qadın daxil olur. İnternetdən istifadə edən böyüklərin 16%-i Twitter-dən istifadə edir və onların 62%-i qadınlardır.
Facebook istifadəçilərinin təxminən 58%-i qadınlardır. Qadınlar internetdəki yazıların 62%-nin mənbəyidir və onların kişilərdən 8% daha çox dostu var.
LinkedIn istifadəçilərinin təxminən 54%-i kişilərdir. İstifadəçilərin 68%-i keçmiş həmkarları ilə əlaqə qurur, onların 45%-i isə üz-üzə əlaqə yaratmaq imkanı tapır. İstifadəçilərin yalnız 10%-i pullu versiyadan istifadə edir.