Argentinalı ulduz Lionel Messi dünya kubokunu qaldırarkən çəkdirdiyi foto ilə İnstaqramda bəyənmə rekordu qırıb. Rekord illərlə yumurtaya aid idi.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Messinin paylaşımı indiyədək 56 milyon bəyənmə sayına çatıb.


Paylaşım bu bəyənmə sayı ilə illərdir rekorda imza atan yumurta şəklini də geridə qoyub.