Facemark.az xarici mənbəyə istinadən araşdırma yazını təqdim edir.
Çin ən çox jurnalistin saxlanıldığı ölkədir. Azad və demokratik ölkələrdə dördüncü hakimiyyət kimi qəbul edilən mətbuat məhz bu səbəbdən ictimai fəaliyyətin mühüm tərkib hissəsidir. Digər tərəfdən, dünyanın hər yerində tez-tez atəş xəttinə düşən jurnalistlər üçün senzuranın və zülmün tamamilə aradan qalxdığı bir dövr heç vaxt tarixin səhifələrinə yazıla bilməzdi. Bu gün gəlinən məqamda son bir ildə dünya üzrə ümumilikdə 533 jurnalist müxtəlif əsaslarla saxlanılıb.
Sərhədsiz Reportyorların 2022-ci il hesabatına görə, bu il dünya üzrə ümumilikdə 533 jurnalist saxlanılıb. Təkcə 2022-ci ildə 11 jurnalistin öldürüldüyü Meksika jurnalistlər üçün ən təhlükəli ölkədir. İkinci yerdə olan və Rusiyanın işğalı nəticəsində 8 jurnalistin öldürüldüyü Ukraynanı həyatını itirən 6 jurnalistlə Haiti izləyir. Siyahıya hər birində üç jurnalistin öldürüldüyü Somali, Fələstin, Pakistan və Myanma davam edir.
Bundan əlavə, hesabata görə, 2022-ci ildə saxlanılan qadın jurnalistlərin sayında rekord artım qeydə alınıb. Həbsdə olan qadın jurnalistlərin sayı 78 nəfərdir ki, bu da əvvəlki illə müqayisədə 27,9 faiz artımdan xəbər verir. Bu il saxlanılan kişi jurnalistlərin sayı 11,2 artıb.