Dünyanın ən bahalı şirkəti Apple-ın səhmlərinin dəyəri noyabrın 15-də keçirilən hərraclarda 2,1 faiz azalaraq bir ədəd üçün 525,6 dollar təşkil edib. Beləliklə, şirkətin kapitallaşması 2012-ci ilin fevralında nail olunan 500 milyard dollarlıq səviyyədən aşağı düşüb. Hərraclar sona çatandan sonra Apple-ın səhmləri 0,75 faiz ucuzlaşıb.



Son ay ərzində ABŞ istehsalçısının kapitallaşması 17 faizdən çox azalsa da, ümumilikdə ilin əvvəlindən şirkətin səhmlərinin dəyəri təxminən 30 faiz artıb. Bir ədəd səhm üçün 700 dollardan artıq qiymət sentyabrın ortalarında - iPhone 5 smartfonu təqdim edildikdən sonra və iPad mini planşet kompüterinin təqdimatı ərəfəsində qeyd alınıb.



Sərmayədarlar Apple-ın səhmlərinin bir neçə amil səbəbindən satırlar ki, onlardan da ən əsası iPhone 5 smartfon modelinin qeyri-qənaətbəxş satışları ilə əlaqədardır. Sözügedən modelin satışının aşağı olmasına səbəb tələbatın az olması yox, Apple üçün model istehsalçılarının sifarişlərin çox olmasına görə bunun öhdəsindən gələ bilməməsidir.



Bundan başqa, şirkətdə 1997-ci ildən çalışan iOS Software bölməsinin vitse-prezidenti Skot Forstollun vəzifəsindən getməsi də sərmayədarların əhval-ruhiyyəsinə müəyyən qədər təsir göstərib. O, gələn ilin əvvəlində şirkəti tərk edəcək.



Noyabrın 15-də Apple şirkətin səhmləri üzrə ümumi məbləği 2,65 milyard dollar təşkil edən dividentlər ödəyib. Bu məbləğ son 17 il ərzində yalnız ikinci rüblük dividentdir. Səhmlər üzrə əlavə gəlirlərin ödənilməsi ilə bağlı məlumatın yayılması ilin birinci yarısında qiymətlərin yüksəlməsinə gətirib çıxarıb.



Apple-ın səhmlərinin dəyərinin xeyli aşağı düşməsinə baxmayaraq, şirkət hələ də dünyanın ən bahalı şirkəti hesab edilir. İkinci yerdə qərar tutan Exxon Mobil şirkətinin dəyəri 392 milyard dollar qiymətləndirilir.