YouTube istifadəçiləri yeni funksiya ilə videonun içində axtarış edə biləcəklər.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, video əsnasında izləmək istədikləri vacib hissələri əl ilə təyin edən istifadəçilər yeni funksiya ilə videonun içində axtarış edə biləcəklər. "Videoda axtar" funksiyası test görüntülərindəki məlumatlara görə videonun bir az altında yerləşib və istifadəçilər videoda müəyyən açar sözlərlə təsvir edərək istədikləri hissəni rahatlıqla tapa biləcəklər.


Bu funksiyanın bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı hələ məlum deyil.