Süni intellekt tərəfindən dəstəklənən "Taplio", qeyd etdiyiniz açar sözlərlə maraqlandığınız mövzular haqqında məzmun hazırlayan dünyanın bir çox istifadəçisini bir nöqtədən izləməyə imkan verir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Taplio"nun süni intellekt infrastrukturu sayəsində ilk olaraq bir səhifədə qeyd etdiyiniz açar sözlər üçün bir çox məzmun variantını göstərə bilərsiniz. Məzmun sizi maraqlandırmırsa, səhifəni təzələməklə digər seçimlərə baxa bilərsiniz. Sizə tam olaraq uyğun olmadığını düşündüyünüz məzmun təqdim olunarsa, daha konkret açar sözlər seçə bilərsiniz.