İsveçrənin qəhvə və qəhvə maşınları istehsalçısı Nespresso (Nestle-nin bir hissəsi) Rusiyadakı bütün monobrend mağazaları bağlayacaq.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Rusiya bazarında Nespresso mağazalarının alternativi yoxdur. Brend Rusiya bazarını tamamilə tərk etməyi planlaşdırmır, daha çox pərakəndə satıcılarla işləməyə keçəcək.
Qeyd edək ki, 2020-ci ildə bir qida istehsalçısı reklam üçün 6,1 milyard rubl xərcləyib. Yazda isə şirkət ölkədə reklam yerləşdirmələrini dayandırıb.