"Microsoft", "Netflix"i 190 milyard dollara almağı planlaşdırır.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Microsoft"un icraçı direktoru Satya Nadellanın məsələ ilə bağlı bəzi planlar qurduğu da bildirib. Xəbərə görə, bu proqnozun reallaşacağı təqdirdə hər iki tərəf qazanc əldə edəcək.
Nadella dövründə müvafiq olaraq; "Minecraft", "LinkedIn", "Nuance" və nəhayət" Activision Blizzard"ı əldə edən "Microsoft", rəqabət qaydalarına görə "Activision Blizzard"ı itirmək ehtimalı ilə üzləşsə də, onun "Netflix"i əldə etməsinin strateji əhəmiyyət kəsb etdiyi bildirilir.