Çində mərkəzi və yerli hökumətlərin büdcə gəlirləri 2022-ci ilin 11 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, mərkəzi idarəetmə orqanlarının büdcə gəlirləri 2,9 faiz, yerli özünüidarəetmə orqanlarının büdcə gəlirləri isə 3 faiz azalıb.


Büdcə gəlirlərində ən böyük paya malik olan vergi gəlirləri 7,1 faiz azalaraq 15,28 trilyon yuana (təxminən 2,19 trilyon dollar) düşüb.