İlk dəfə 2009-cu ildə yayımlanan "Avatar" filminin davamı olan "Avatar: Suyun Yolu" artıq 435 milyon dollar gəlir əldə edib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Avatar: Suyun Yolu" ötən həftəsonu 52-dən çox xarici ölkədə debüt edib və indiyədək 435 milyon dollar gəlir əldə edib.
Filmin treylərini izləyə bilərsiniz:
Rejissor Ceyms Kemeronun son açıqlamasına görə, istehsalının 350 milyon dollara başa gəldiyi bildirilən “Avatar: Suyun Yolu” filminin dünya üzrə kassa gəlirlərini bərabərləşdirmək üçün təxminən 2 milyard dollar qazanması lazımdır.