ABŞ-da CSU Global tərəfindən aparılan araşdırmaya görə, işçilərin 22 faizinin karyerası ilə bağlı problemləri var. Nəsillər əsasında Y-lərin 51 faizi peşəkar inkişaf baxımından geridə qaldığını hiss edir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, araşdırmaya görə, minilliklərin 2023-cü il üçün karyera planlarına yeni ildə iş-həyat balansını yaxşılaşdırmaq (34 faiz) və peşəkar iş mühitini genişləndirmək (33 faiz) və peşəkar qərarlar qəbul etmək (72 faiz) daxildir. Z nəslinin karyera məqsədinin mərkəzində “bacarıq” yönümlü yanaşma dayanır. Bu yanaşmanın səbəblərindən biri də ən yaşlı Z nəsli işçilərinin belə iş həyatına yeni qədəm qoymasıdır.
1. Hər 8 nəfərdən 1-i bu gün şirkətlərinə müraciət etsələr, işə qəbul olunacağına əmin deyil.
2. İştirakçıların 56 faizi gələn il özlərini müəyyən mənada təkmilləşdirə biləcəklərini düşünərkən, 41 faizi daha yaxşı bir iş tapmaq və hazırkı işlərində yüksəlmək üçün təhsil həyatına qayıtmağı planlaşdırır.
3. Yüzdə 34-ü iş və ev həyatı arasında balans qurmağı hədəfləyir.
4. 33 faiz deyir ki, onlar peşəkar çevrələrini gücləndirmək üçün yeni insanlarla tanış olmaq istəyirlər.
5. İşçilərin 32 faizi yeni ildə gözlədikləri artıma layiq olmaq üçün çox çalışdıqlarını bildirir.