Yaponiya hökuməti 2023-cü maliyyə ili üçün 114,3 trilyon yen (862 milyard dollar) büdcə layihəsini təsdiq etməyə hazırlaşır.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Baş nazir Kişida Fumio hökuməti 2023-cü maliyyə ili üçün rekord ümumi büdcə hədəfləyir.
Müvafiq olaraq, 2023-cü ilin aprelində başlayacaq maliyyə ili əhatəli ümumi hesab büdcəsinin həcmi 114,3 trilyon yen (862 milyard dollar) səviyyəsində olacaq.
Kişida hökuməti təsdiq edərsə, Yaponiyanın maliyyə ili üçün ümumi büdcəsi ardıcıl 5 il ərzində 100 trilyon yendən yuxarı qeydə alınacaq.
Ölkə əhalisinin qocalmasından qaynaqlanan milli müdafiə xərcləri və sosial təminat xərclərinin rekord həddə çatması gözlənilir.