Facemark.az Rafiq Hunaltayın “IKIGAI”yə çatmaq adlı yeni yazısını təqdim edir!


"IKIGAI" fəlsəfəsinə görə uzun yaşamağın sirri səhər sizi yuxudan qaldıracaq səbəblərin çoxluğu ilə ölçülür. Həmin fəlsəfəyə görə, aşağıda sadalanan 4 amil bir yerdə bizi "IKIGAI"yə, yəni uğur və xoşbəxtliyə çatdırır;


1. Görməyi sevidiyimiz işlər
2. Yaxşı bacardığımız işlər
3. Əvəzində pul qazandığımız işlər
4. Dünyanın ehtiyacı olan işlər


1-ci maddənin, yəni görməyi sevidiyimiz işlərin əksikliyi boşluq hissinə;
2-ci maddənin, yəni yaxşı bacardığımız işlərin əksikliyi qeyri-müəyyənlik hissinə;
3-cü maddənin, yəni əvəzində pul qazandığımız işlərin əksikliyi yoxsulluq hissinə;
4-cü maddənin, yəni dünyanın ehtiyacı olan şeylərin əksikliyi isə yararsızlıq hissinə səbəb olur.