Kiçik biznesi ilə 4,6 milyard dollarlıq şəxsi sərvətini quran Mark Kuban, gənc sahibkarlara karyeralarının başlanğıcında edə biləcəklərini ən asan yolla etməyi tövsiyə edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, milyarder investor Mark Kuban ilk investisiyasını 12 yaşında edib. Erkən yaşda sahibkarlıq təcrübəsi ilə diqqət çəkən Kuba, bunu etmək istəyənlərin düşünməsi lazım olan sadə bir qayda olduğunu bildirir.


ABŞ-ın Texas ştatında gənclərlə görüşən Kuban, "Gənc yaşda biznesə başlamağın açarı, vaxtınızla təkbaşına edə biləcəyiniz işləri görməkdir" - deyə qeyd edib. 4,6 milyard dollarlıq şəxsi sərvəti olan Kuba gənc sahibkarlara belə məsləhətlər verib:


“Əgər bu bir məhsuldursa, sahib olmaq və satmaq asan olan bir şey seçin. Həqiqətən, hər şey bir sadə nöqtədə birləşir. Ən yaxşı bizneslər nəzarət edə biləcəyiniz və təkbaşına edə biləcəyiniz bizneslərdir. Biznes sahibi olmağın bütün mənası budur”.


Böyük biznesi necə yaratmaq olar?


Özünüz idarə edə və həyata keçirə biləcəyiniz biznes ideyasını tapmaq kifayət qədər çətindir. Kubanın pul qazanmağın 1 nömrəli qaydası olan "etdiyiniz işdə böyük olun" şüarı çox daha çətin bir işdir.


Milyarder sahibkar bildirir ki, bunun üçün biznes planı və potensial rəqabəti hərtərəfli öyrənmək lazımdır. Mükəmməl bir startapın maliyyə axtarmalı olduğuna işarə edən Kuban, mükəmməl biznesin tələbləri arasında lazım gəldikdə çevikliyi təmin etmək üçün ehtiyat biznes planlarının yaradılmasının vacibliyini qeyd edir.