Oyun investisiyaları 2022-ci ilin ikinci rübündə 4,9 milyard dollar olub, üçüncü rübdə təxminən 55 faiz azalaraq 2,2 milyard dollar olub.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, oyun sənayesi son bir neçə ildə əvvəlkindən daha parlaq bir il yaşayır. Bu sahəyə qoyulan investisiyalar texnologiya meyllərinin dəyişməsi ilə zaman-zaman müxtəlif istiqamətlərə dəyişə bilər; lakin ən önəmlisi oyun investisiyalarının dayanmadan davam etməsidir.
2022-ci ilin ən çox danışılan başlıqları, metaverse, web3 və blockchain bu il oyun sənayesində əhəmiyyətli bir yer qazanıb. Bu sahələr üzrə təşəbbüslər artdıqca investorlar diqqətlərini bu sahələrə yönəldiblər. Xüsusilə metaverse, web3 və blockchain sahəsində tanınmış şirkətlər, etdikləri investisiyalarla adından söz etdirməyi bacarıblar. Bunun xaricində istər mobil, istərsə də konsol oyun sənayesinə maraq ümumiyyətlə davam edir. Ancaq bəzən ilin rübləri arasında dalğalanmalar ola bilər.