Facemark.az “Fintech” haqqında araşdırma yazını təqdim edir!
Son illərin ən trend terminlərindən biri olan “Fintech” "maliyyə" və "texnologiya" terminlərinin birləşməsi ilə ifadə olunan maliyyə texnologiyasıdır. “Fintech”in məqsədi xərcləri aşağı salmaqla daha keyfiyyətli xidmət təmin etməkdir. “FinTech” özəl proqram təminatı və alqoritmlərdən istifadə etməklə həm bizneslərə, həm də istehlakçılara maliyyə əməliyyatlarını daha sürətli və daha yaxşı idarə etməyə kömək etmək üçün istifadə olunur. Texnologiya 1950-ci illərdə bankomatlar və kredit kartlarının tətbiqi ilə maliyyə dünyasının bir hissəsinə çevrilmişdir. “Fintech” sözü ilk dəfə “Sunday Times”qəzetində Peter Knight tərəfindən işlədilmişdir.
“Fintech” şirkətləri müştərilərə uzunmüddətli işlərini praktik və həyatlarını asanlaşdırmağa kömək edir. “Fintech” daim inkişaf edən texnologiya sektorundakı yeniliklərə cavab olaraq yaranıb və bu istiqamətdə inkişaf edir. Əsas məqsəd texnologiyadan istifadə edərək səmərəli, sürətli, praktik və təhlükəsiz maliyyə həlləri təqdim etməkdir. Qlobal “Fintech” investisiyaları 2018-ci ilin birinci rübündə Şimali Amerikada səhmlərin əhəmiyyətli artımı sayəsində yeni rekorda imza atıb.
Qeyd edək ki, son 5 ildə Azərbaycan bankları maliyyə texnologiyalarının tətbiqinə, təxminən, 300 mln. manat vəsait xərcləyib. Bunun 49,8%-i yeni proqramların alınmasına sərf olunub.