Sosial media markaların özlərini tanıtması üçün müasir dövrdə çox vacibdir. Bəs əsasl məzmun yaratmaq üçün nələri bilmək vacibdir?
Facemark.az xarici mənbəyə istinadən araşdırma yazını təqdim edir!
Markanızı yaxşı tanıyın
Brendiniz haqqında bütün məlumatlar; Məhsul və ya xidmətin xüsusiyyətlərini, onun keçdiyi dəyişiklik proseslərini və onun müsbət və mənfi tərəflərini bilmək məzmun yaratarkən işinizi asanlaşdırır. Bu sayədə həm limitlərinizi, həm imkanlarınızı müəyyən edəcək, həm də vermək istədiyiniz mesajları daha aydın şəkildə təyin edəcəksiniz.
Hədəf auditoriyanızı yaxşı tanıyın
Sosial media təhlili və təqib alətləri ilə hədəf auditoriyanızın narahatlıq və gözləntilərini təhlil etmək, məhsul və ya xidmətinizə onların gözü ilə baxmaq, yaratdığınız məzmunun uğuruna müsbət təsir edəcək.
Rəqiblərinizi yaxşı tanıyın
Rəqiblərinizi yaxşı tanımaq və onların məhsul və xidmətinizdən fərqli cəhətlərini bilmək, yaratdığınız məzmunun uğurunda həlledici olacaq. Bu şəkildə rəqib markalarla oxşar məzmun yaratmayacaq və təkrarlara düşməyəcəksiniz.
Müştərinizi yaxşı tanıyın
Sosial mediada uğurlu bir idarəçilik nümayiş etdirmək və uğurlu məzmun istehsal etmək üçün marka ilə sosial media menecerləri arasında güvən və bağ güclü olmalıdır. Bu prosesdə onların həssaslığını və ehtiyaclarını müəyyən etməyə, markanızın sosial media idarəçiliyi ilə bağlı qərarlar qəbul etməyə və məzmunun təfərrüatlarını müəyyən etməyə kömək edəcək.
Sosial medianı yaxşı tanıyın
Sosial media vasitələrinin istifadə xüsusiyyətlərini yaxşı bilmək, bu medianın nəzəri və praktiki olaraq hansı ehtiyaclara cavab verdiyini müəyyən etmək; Məzmunda istifadə edəcəyiniz dilin və ünsiyyətin strukturunu formalaşdırır.