İngiltərə Bankı Kral III Çarlzın təsviri olan yeni əskinasların dizaynlarını ictimaiyyətlə paylaşıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki,


5, 10, 20 və 50 lirəlik əskinaslarda yeganə dəyişiklik portret olacaq. Hazırkı əskinaslarda sentyabr ayında vəfat edən Kraliça II Yelizavetanın şəkli yer alır.


Yeni əskinaslarda Kral III Çarlzın portreti əks olunacaq.


Yeni əskinaslar 2024-cü ilin ortalarından dövriyyəyə buraxıldıqdan sonra hazırkı əskinaslar qüvvədə qalacaq.