Stack Overflow tərəfindən dərc edilən hesabatda 2022-ci ilin ən populyar proqram dili açıqlanıb. 70 mindən çox proqram tərtibatçısı ilə aparılan araşdırmada veb texnologiyaları vurğulanıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir.


"JavaScript" 2022-ci ilin ən populyar proqramlaşdırma dili olmağı bacarıb. Kodlamağı öyrənənlər arasında ən populyar dillər; "HTML/CSS", "Javascript"və "Python" fərqlənib. "Clojure" isə ən gəlirli proqramlaşdırma dili olub. Stack Overflow-un hesabatına görə, "Clojure" tərtibatçılarının orta əmək haqqı təxminən 107.000 dollardır. Onu 103 min dollarla "Erlanq" və 95 min dollarla "F#" proqramları izləyir.


2022-ci ilin ən çox qazandıran texnologiyaları


1. Clojure – 106 min 644 dollar


2. Erlang – 103 min dollar


3. F# – 95 min 526 dollar


4. LISP – 95 min dollar


5. Ruby – 93 min dollar