Haker 400 milyon istifadəçinin məlumatlarını satdığını iddia edir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, məlumatın 2021-ci ildə artıq aradan qaldırılmış "API" zəifliyindən istifadə edilərək əldə edildiyi deyilir. 1000-dən çox istifadəçinin, o cümlədən məşhurların e-poçt ünvanları, istifadəçi adları, izləyicilərin sayı, hesab yaratma tarixləri və bəzi istifadəçilərin telefon nömrələri kimi nümunə məlumatları da sübut kimi sızdırılıb.
"Twitter"ə 200.000 dollara şəxsi satış edilməsə, haker məlumatları hər birini 60.000 dollara bir neçə alıcıya satacağını iddia edir.